Dəridən-qabqıdan çıxan donor təşkilatlar - Ayrı-seçkiliyə son!
09:50 01.10.2023
Gündəm
470
Hər zaman olduğu kimi Qərb ölkələri, beynəlxalq strukturlar yenə ikili standartlardan çıxış edir, qeyri-obyektiv mövqe sərgiləyirlər. Hətta Qərb strukturları humanitar yardımların göstərilmısində belə ayrı-seçkiliyə yol verirlər. Hazırda öz seçimləri ilə könüllü surətdə, heç bir əsas və problem olmadan, hansısa təzyiqlə üzləşmədən Qarabağı tərk edən erməni sakinlər üçün canfəşanlıq edən, dünyaya hay-küy salan beynəlxalq qurumlar 1990-cı illərdən etibarən Ermənistanın işğal və təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş milyona yaxın azərbaycanlı qaçqın üçün barmaqlarını belə oynatmayıblar. Milyona yaxın mülki şəxsin öz yurdlarından dəhşətli şəkildə qovulmasına, işgəncələrə məruz qalmasına səssiz qalıblar. 1990-cı illərin əvvəllərində milyondan artıq azərbaycanlıya xarici donor təşkilatları hansı yardımı göstəriblər? Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insan var. Amma onlar Qərbin yadına düşmür, heç bir humanitar yardım göstərilmir. Amma Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatları sıraya düzülüblər. Əlbəttə, kimsə buna etiraz etmir. Azərbaycan dövləti daxili imkanları hesabına öz vətəndaşlarına hər cür yardımı göstərmək iqtidarındadır. Amma söhbət ikili yanaşmadan, humanist siyasətdə belə açıq-aşkar müşahidə olunan məkirli və qərəzli baxışdan gedir. Azərbaycanlı qaçqınların yada düşməməsi ayrıseçkilik, ikili standartların bariz nümunəsidir. Dövlətimizin öz hesabına yardımları demişkən, qeyd edək ki, Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət neft fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir. Bəli, bunların hamısı məhz dövlətimiz tərəfindən həyata keçirilir. Qərbi təmsil edən yardım qurumlarının heç bir dəstəyi olmadan.. Bu gün ermənilərə yardım barədə danışan, dəridən-qabıqdan çıxan donor təşkilatlar isə hər zaman olduğu kimi azərbaycanlılarla bağlı susurlar. Dünya artıq bu ayrı-seçkiliyə son qoymalı, xristian klubu kimi davranmamalı, bir az da olsa ədalətli və obyektiv münasibət sərgiləməyi nəhayət öyrənməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol