ABŞ prezidenti Donald Tramp təqdim etdikləri təkliflə bağlı İrandan yaxın zamanda cavab gözlədiyini bildirib.
Sherg.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp İranın tezliklə cavab verməsini gözlədiyini deyib.
ABŞ prezidenti həmçinin Rusiya ilə Ukrayna arasında əldə olunan atəşkəsin 3 gündən çox davam edə biləcəyini bildirib və atəşkəsin mümkün qədər uzadılmasını istədiyini qeyd edib.
Digər tərəfdən, hantavirus barədə də danışan Tramp “Vəziyyət nəzarət altında görünür” ifadəsini işlədib.