I Dünya müharibəsi dövründə Çanaqqala zəfəri ilə bağlı diqqətçəkən bir hadisə Avstraliyada baş verib. Broken Hill bölgəsində yaşayan iki türk - Molla Abdullah və Kul Məhəmməd, Anzak əsgərlərini daşıyan qatarı dayandıraraq təkbaşına hücuma keçiblər.
Sherg.az xəbər tarixçi-yazar Vehbi Vakkasoğlunun sözlərinə görə, Osmanlı uğrunda döyüşə qatılmaq istəyən bu iki şəxs qəbul edilmədikdən sonra öz planlarını qurublar. Onlar üzərində ay-ulduzlu bayraq olan dondurma arabası ilə qatarın qarşısını kəsib, silahlı müqavimət göstəriblər.
Təxminən 1200 Anzak əsgərinin olduğu qatar hücum nəticəsində ağır itkilər verib. Hadisə yerinə çoxsaylı polis və hərbi qüvvələr cəlb edilsə də, iki türk uzun müddət müqavimət göstərib. Səkkiz saat davam edən döyüşün sonunda hər iki şəxs şəhid olub.
Məlumata görə, bu hadisə Anzak qüvvələrinin Çanaqqalaya göndərilməsini gecikdirib və bölgədəki müsəlman icmalar arasında da böyük rezonans doğurub.
Bu qeyri-adi hadisə sonradan sənət əsərlərinə də mövzu olub. Türk İşi Dondurma filmində və müxtəlif səhnə əsərlərində bu iki türk qəhrəmanın hekayəsi canlandırılıb.
Bu hadisə tarixə, uzaq bir qitədə belə Çanaqqala ruhunun yaşadığını göstərən nadir nümunələrdən biri kimi düşüb.