Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlər təyin edilib

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.

Həmçinin daha bir sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.