Dünya azərbaycanlıları antiterror tədbirləri ilə bağlı bəyanat yayıb
14:44 19.09.2023
Gündəm
423
Dünya azərbaycanlıları Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bəyanatda deyilir:
“Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha 6 vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitən gündən bəri – 10 noyabr 2020-ci ildən bu günədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin 3 ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.
Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir. Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır.
Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.
Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq.
Biz, dünya azərbaycanlıları doğma vətənimiz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat