Ekoloji ziyana görə Ermənistana qarşı arbitraj prosesinə başlanıb
10:10 16.09.2023
Gündəm
479
Sentyabrın 14-16-da Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransı keçirilib.
APA Ali Məhkəməyə istinadən xəbər verir ki, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov təmsil edib.
Çingiz Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.
Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat