Ekspert: "BQXK Qarabağdakı durumu siyasiləşdirməyə çalışır"
Yusif Nəzərli
09:18 10.09.2023
Gündəm
386
"Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ bölgəsindəki durumu siyasiləşdirməyə çalışır".
Bunu "Report" a açıqlamasında politoloq, BDU-nun müəllimi Sultan Zahidov deyib.
O bildirib ki, bu, BQXK-nin təməl prinsiplərinə ziddir: "Məsələ ondan ibarətdir ki, humanitar yardımı sözügedən qurumun Rusiya bürosu göstərir. Ola bilsin, bu, Qərbin xoşuna gəlmir. Çünki bundan əvvəl Rusiya Afrikaya da humanitar yardım göndərəcəyini demişdi. Beləliklə, Moskva həm də öz maraqlarını təmin etməyə çalışır. Qərb isə buna mane olmağa çalışır.
Görünür, BQXK bəzi Qərb dövlətlərinin təsirinə məruz qalıb. Beynəlxalq münasibətlərdəki realizm nəzəriyyəsinə görə, belə təşkilatlar heç də həmişə obyektiv davranmır, dünya dövlətlərinin diktəsi ilə addım atırlar. Biz indi də bunu görürük".
Ekspertin sözlərinə, BQXK əvvəllər də Azərbaycana qarşı qərəzli olub: "Təşkilatın Qarabağdakı ofisi dəfələrlə rəsmi Bakı ilə bağlı qeyri-obyektiv bəyanatlar verib. BQXK Qarabağda bir neçə dəfə qaçaqmalçılıqla məğlub olub. Bütün bunlar təşkilatı gözdən salır".
S.Zahidovun sözlərinə görə, indi BQXK çıxılmaz vəziyyətdə qalıb: "Dünən ərzaqların daşınmasına razılıq verilmişdi. Bu gün isə məlum olur ki, yük maşını Bərdədə dayanıb. Görünür, bəzi mübahisəli məsələlər var.
BQXK bir tərəfdən Qarabağda humanitar böhranının yarandığını deyir, digər tərəfdənsə ərzaq yüklərinin daşınmasına mane olur. İkinci tərəfdən, humanitar böhran iddiasina rəğmən, Qızıl Aypara Cəmiyyətinin yükləri də Xankəndiyə buraxılmır. Bu, göstərir ki, bəzi güclər məsələni siyasiləşdirməyə çalışır.
Hazırda danışıqlar gedir. BQXK- nin humanitar yüklərinin Xankəndiyə çatdırılması ehtimalı böyükdür. Əks halda bu, qurumun nüfuzuna zərbə olacaq. İndiki halda BQXK Qərbin təzyiqlərinə boyun əyməməli, əksinə, sinə gərməlidir".
Qeyd edək ki, Bərdədə eyniadlı otelin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nin sözlərinin səmimiliyini ciddi şübhə altına qoyur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat