Əli Xamenei ilə vida mərasimi: Məscidə insan axını gecə boyu davam edib

Tehrandakı Müsəlla məscidində İranın ali rəhbəri Əli Xamenei ilə vida mərasimi gecə saatlarında da davam edib.

Sherg.az xəbər verir ki, minlərlə insan Xamenei ilə vidalaşmaq üçün mərasimə axışıb. Daha sonra onun cənazəsinin İranın əsas dini mərkəzi hesab olunan Qum şəhərinə aparılacağı bildirilir.

Məlumata görə, vida mərasimində 100-dən çox ölkənin nümayəndələri, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edib.

Bildirilib ki, mərasimin əvvəlcə martın əvvəlində keçirilməsi planlaşdırılsa da, ölkədə davam edən hərbi əməliyyatlar və təhlükəsizlik səbəbləri nəzərə alınaraq təxminən dörd ay təxirə salınıb.

Qeyd olunub ki, Əli Xamenei ilə birlikdə onun ailə üzvləri - böyük qızı, kürəkəni, gəlini və nəvəsi də dəfn olunur. Onların 2026-cı il fevralın 28-də ABŞ və İsrailin Xameneinin iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olduqları bildirilir.