Elm və Təhsil Nazirliyi ilə Ombudsman Aparatı arasında görüş keçirilib
15:48 20.12.2023
Gündəm
311
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında vətəndaş müraciətlərinə baxılması və təhsil hüququnun daha səmərəli təmini sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr edilmiş görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər.
Tərəflər təhsil hüququnun təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, hüquqi maarifləndirmə istiqamətləri və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüş zamanı Elm və Təhsil Nazirliyinə il ərzində daxil olan müraciətlərin icra vəziyyətinə dair təqdimat nümayiş olunub.
Sonda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə iki qurum arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli məqsədilə birgə işçi qruplarının yaradılması, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm