Elman Allahverdiyev Dağıstan Respublikasının Dərbənd şəhərinin rəhbəri təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dərbənd şəhər administrasiyası məlumat yayıb.
“Dərbənd Şəhər Administrasiyasında əlamətdar hadisə baş verib. VI çağırış Dərbənd şəhər Deputatlar Şurasının 37-ci iclası keçirilib. Gündəliyin əsas məsələsi Dərbənd şəhərinin yeni rəhbərinin seçilməsi olub. Elman Allahverdiyev yekdilliklə bələdiyyənin rəhbəri seçilib”, - Rusiyanın TASS agentliyi bildirib.