Əraqçi: Rusiya ilə İran arasında əməkdaşlıq görünməmiş səviyyəyə çatıb

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya ilə İran arasında əməkdaşlığın tarixdə heç vaxt indiki qədər sıx olmadığını bildirib.

Sherg.az xəbər verir ki, Əraqçi bu barədə Tehranda rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra danışıb. Görüşdə Avropa, Qərbi Asiya, Livan, Fələstin, Ukrayna və Yəməndəki vəziyyət müzakirə olunub. Tərəflər, həmçinin iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetiriblər.

Lavrov oktyabrın 19-da Tehrana səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb, Əraqçi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə də danışıqlar aparıb.

Lavrov bildirib ki, mürəkkəb beynəlxalq şəraitə baxmayaraq, Moskva iqtisadiyyat və investisiya sahələrində Tehranla əldə olunmuş razılaşmaları həyata keçirmək niyyətindədir.