Əraqçi: Ukrayna İran gəmisinə İsrailin göstərişi ilə hücum edib

İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə İsrailin göstərişi ilə hücum etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski İranın ticarət gəmisinə hücum əmri verib və nəticədə bir dənizçi həlak olub.

Əraqçi iddia edib ki, bu hücum BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və məqsəd Avropanı Yaxın Şərqdəki müharibəyə cəlb etmək olub.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini və hadisə nəticəsində ekipaj üzvlərindən birinin həlak olduğunu bildirmişdi.