Ərdoğan BMT-də: Türkiyə və Ermənistan münasibətlərin normallaşmasında irəliləyiş əldə edib

Türkiyə və Ermənistan ikitərəfli münasibətlərin normallaşdırılması prosesində irəliləyiş əldə edib.

Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

“Ermənistanla münasibətlərimizin normallaşdırılması prosesində irəliləmişik”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri, həmçinin Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunacağına ümid etdiyini vurğulayıb.

Ərdoğan daha əvvəl də Türkiyənin Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirəcəyini açıqlamışdı.