Ərdoğan: Əsas məqsədimiz Qəzzada atəşkəsi təmin etməkdir
Yusif Nəzərli
08:06 10.11.2023
Gündəm
361
"Əsas məqsədimiz Qəzzada atəşkəsi təmin etməkdir".
APA NTV-yə istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, atəşkəsə "nail olmaq üçün bütün lazımi addımlar Türkiyə tərəfindən atılır və sınanması lazım olan bütün üsullar sınanır".
"İnsanların ölümünü dayandırmaq, qorxudan titrəyən uşaqları qucaqlamaq, onların əzabını müəyyən qədər də olsa yüngülləşdirməyə çalışmaq bizim üçün son nəticə deyil, həllin başlanğıc nöqtəsi olacaq".
O bildirib ki, Türkiyə bütün beynəlxalq platformalarda bu mövzu ilə bağlı fəal işləyir.
"Biz atəşkəsin təmin edilməsi üçün diplomatiyanın imkanlarından maksimum istifadə edirik. Biz tərəfdaşlarımıza düzgün, ədalətli və daimi həllin yol xəritəsini izah edir və bu həlli həyata keçirmək üçün beynəlxalq ictimai rəy yaratmağa çalışırıq. Biz atəşkəsdən sonra atılacaq addımları ən xırda detallarına qədər planlaşdırırıq və möhkəm, davamlı sülhün qurulması üçün düsturlar hazırlayırıq", - Türkiyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya