Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Giorgia Meloni arasında telefon danışığı olub.
Dialoq zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan bildirib ki, iki ölkə arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir və münasibətlərə yeni impuls verəcək addımların atılması vacibdir.
Türkiyə lideri həmçinin ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.