Ermənilər ərazilərimizə yeni minalar basdırır
11:41 12.09.2023
Gündəm
545
Bu minalar sülhməramlılar tərəfindən müşayiət olunan avtomobil karvanları ilə əraziyə daşınıb
Hərbi qulluqçumuz Xəyyam Eminov təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin təxribat məqsədilə basdırdığı minaya düşərək xəsarət alıb. Müdafiə Nazirliyindən bildirilib ki, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur. Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır. Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, rəsmi Bakı beynəlxalq aləmdən Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyir: "2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub". Bununla yanaşı, ermənilər Xocavənddə döyüş növbətçiliyi aparan hərbi qulluqçularımıza qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində teraktın qarşısı alınıb.
Politoloq Azər Qasımov "Şərq"ə deyib ki, hərbçimizin düşdüyü minanın Qarabağdakı qanunsuz silahlı birləşmələr tərəfindən basdırıldığı məlum olsa da, minaların son dövrlərdə basdırılma faktı onu göstərir ki, erməni birləşmələri artıq əndazəni aşıblar. Ekspert diqqətə çatdırıb ki, bu minalar sülhməramlılar tərəfindən müşayiət olunan avtomobil karvanları ilə əraziyə daşınıb: "Sonra hansı yollasa Azərbaycanın nəzarətində olan əraziyə basdırılıb. Təbii ki, bu, gizli şəkildə, diversiya qrupları tərəfindən edilib. Bu, birbaşa Azərbaycan ərazisində terror aktı törətmək deməkdir və bu terror aktlarının törədilməsi zamanı isə çox yaxşı ki, bir hərbiçi yaralanıb, itki və xəsarət alan çox olmayıb. Azərbaycan dövləti bu kimi terror aktlarının qarşısını qətiyyətlə almalıdır. Bunun üçün terrorçu fəaliyyətlə məşğul olan ermənilərin məhv edilməsi üçün tədbirlər görülməlidir. Görünən odur ki, bu terrorçular professional səviyyədə fəaliyyət göstərirlər. Hətta itlərdən belə istifadə edib, sui-qəsdlər təşkil etmək yollarını bilirlər. Bunların Azərbaycan ərazisində mövcudluğu Azərbaycan vətəndaşları üçün təhlükədir və dərhal məhv edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat