Ermənistan hərbçisi qeyri-müəyyən şəraitdə güllə yarasından ölüb

Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.