“Ermənistan İsraili neytrallaşdırmaq istəyirdi” - Planı “suya düşdü”
Banuçiçək Kalbalıyeva
09:58 05.10.2020
Gündəm
933
“Bunun üçün bir neçə taktiki gedişdən istifadə etdi. Amma alınmadı”
“İsrail bizimlə strateji tərəfdaşdır. Bu tərəfdaşlığına müharibə başladığı andan etibarən sadiq qaldı”
“Heç bir üçüncü dövlət tərəflər arasında münasibətə xələl gətirə bilməz”
Ermənistan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib. “İsrailin Azərbaycana verdiyi dəstək bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdi”, - Nağdalyan bildirib.
Qeyd edək ki, Ermənistan İsraildə bir aya yaxındır səfirlik açmışdır.
Siyasi analitiklər rəsmi İrəvanın bu addımını birmənalı qarşılamayıblar. Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında düşmənin növbəti təxribatının da puça çıxdığını dedi:
“Ermənistanın əsas məqsədi Azərbaycanın əsas strateji tərəfdaşlarından biri olan İsraili bizimlə münasibətdə neytrallaşdırmaq, belə demək mümkünsə, “əlimizdən almaq” idi. Bunun üçün bir neçə taktiki gedişdən istifadə etdi.
Amma planı “suya düşdü”. İsrail bizimlə strateji tərəfdaşdır. Bu tərəfdaşlığına müharibə başladığı andan etibarən sadiq qaldı.
Heç bir üçüncü dövlət tərəflər arasında münasibətə xələl gətirə bilməz. Düşünürəm ki, qarşı tərəfin bu uğursuz addımı diplomatik etikaya ziddi idi. Azərbaycan, Türkiyə, Pakistan və İsrail gələcəyə yönəlik ciddi addımlar ata bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə