Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün 16-19 aprel tarixlərində İstanbula (Türkiyə) səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə parlament sədri sərəncam verib.
Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinə parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan, Maliyyə, Kredit və Büdcə Məsələləri Komitəsinin sədri Tsovinar Vardanyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Asmik Akopyan daxildir.