Ermənistan Prezidenti: Şadam ki, Ankara ilə dialoqu yenidən bərpa etdik

"Şadam ki, Ankara ilə yenidən dialoqu bərpa etdik".

APA xəbər verir ki bunu İtaliyada işgüzar səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

"Şadam ki, bu qədər ildən sonra Ankara ilə dialoqu bərpa etdik. Biz gələcəyə baxmalı və övladlarımız üçün necə bir region qoyub getmək istədiyimizi görməliyik. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə can atmalıyıq", - Xaçaturyan bildirib.