
Ermənistan ümidini ABŞ-a bağladı! Paşinyan Rusiya mətbuatının hədəfindədir
Yusif Nəzərli
12:36 08.09.2023
Gündəm
765
Rusiya mətbuatı ABŞ-la Ermənistanın yaxınlaşmasının pərdəarxası haqda yazıb. “Kommersant” qəzeti Paşinyanı sərt tənqid edərək, bu yaxınlaşma nəticəsində Azərbaycan və Ermənistan arasında yeni müharibə riskinin olduğunu iddia edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sentyabrın 3-də verdiyi müsahibədə 44 günlük Qarabağ müharibəsində Rusiyaya güvənməklə səhv etdiklərini etiraf edən Ermənistanın baş naziri Paşinyan “Təhlükəsizlik mərkəzində tək bir nöqtəyə yapışdıq. Aydındır ki, Rusiya Ermənistanın sursat və silaha ehtiyacı olduğu bu günlərdə onun təhlükəsizliyini təmin edə bilməz" deyə bildirib.

Paşinyanın açıqlamalarından sonra ABŞ və Ermənistan bölgədə hərbi təlim keçirəcəklərini bəyan ediblər. Hadisənin təfərrüatlarından sonra Rusiya mətbuatı “Ermənistan Qərbdə yeni tərəfdaşlar axtarır” başlıqlı xəbər dərc edib.
YENİ MÜHARİBƏ RİSKİ
İrəvanla Moskva arasında dərin böhran olduğuna dair siqnallar gəldiyini bildirən “Kommersant” Ermənistan rəsmilərinin Ukraynaya yardım göndərərək ABŞ-ın peykinə çevrildiyini iddia edib. Təlimlə əlaqədar Azərbaycanın öz əsgərlərini Ermənistan sərhədinə çəkdiyini bildirən qəzet yeni müharibə risklərinin yarandığını yazıb.
Birbaşa ƏLAQƏ
Baş nazir Paşinyan deyib: “Ötən həftə regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Çünki Azərbaycan bir neçə gündür ki, Qarabağla Ermənistan-Azərbaycan sərhədi arasındakı təmas xəttində qoşun toplayır. Azərbaycan mətbuatında və təbliğat platformalarında antierməni ritorikası güclənib". Paşinyan Nazirlər Kabinetinin dünənki iclasında verdiyi açıqlamada vəziyyəti “Qarabağda yeni partlayışın qarşısını alaq” kimi dəyərləndirib.
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təsdiqləyən Paşinyan Qarabağ münaqişəsinin həlli üçün İrəvan və Bakı arasında dialoqun vacib olduğunu bəyan edib. Bölgədəki Rusiya sülhməramlılarının çəkindirici olmadığından şikayətlənən Paşinyan “Rusiya atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir” deyib.
Sentyabrın 11-20-də ABŞ və İrəvan Ermənistanda “Qartal Tərəfdaş” təlimi çərçivəsində sahəyə çıxacaq. Kremlin sözçüsü Peskov qeyd edib ki, bu təlim iki ölkə arasında etimadı zədələyib.
Qafqaz İnstitutundan (İrəvan) tədqiqatçı Qrant Mikaelyan Paşinyanın indi Rusiyanın əvəzinə ABŞ-ın dəstəyinə arxalandığını iddia edərək, Vaşinqtonla əməkdaşlıq edən Paşinyanın daxili siyasətdə də güc qazanacağını bəyan edib.
Digər bir rəsmi isə Ermənistanın ordusunu gücləndirmək üçün Rusiyadan kifayət qədər yardım ala bilmədiyini bildirərək, ABŞ-ın bu baxımdan kritik əhəmiyyət daşıdığını vurğulayıb. Bütün bu inkişaflar baş verərkən, Moskva təbii ki, meydanda işləməyə davam edir. Rusiya Xarici İşlər Nazirliyinin təkidli xahişi nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətləri nəzərdən keçirmək üçün “xüsusi elçi” İqor Xokayevlə danışıqlar aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat