Hazırda TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi ilə bağlı sənədlərin razılaşdırılması mərhələsindəyik.
Ermənistan mediası xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Ermənistan XİN başçısı qeyd eidb ki, növbəti mərhələ müəyyən bir saziş imzalanmalıdır: ““Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə bir növ hökumətlərarası saziş əldə olunmalıdır. Bu məsələ üzrə danışıqlar yavaşlamayıb. Biz məhz bu vaxtda planlaşdırdığımız mərhələdəyik və iş davam edir”.