Ermənistanın məqsədi bundan ibarətdir - XİN
15:13 08.09.2023
Gündəm
411
Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır.
Axar.az xəbər verir ki, bu sözlər sentyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə səsləndirilib.
Brifinqdə, həmçinin Ermənistanın Rusiya, ABŞ, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı real danışıqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışıqların xronologiyası bir şeyi, yəni, Ermənistanın danışıqlar masasında həll yolları tapmaqda maraqlı olmadığını sübut edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat