
Ermənistanın niyyəti yeni müharibəyə başlamaqdır: ZAMAN DARALIR
11:10 07.09.2023
Gündəm
650
"Azərbaycan tərəfi də Ermənistana eyni şəkildə cavab verməlidir"
Oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaqlar.
“Sputnik-Armeniya” xəbər verir ki, bu barədə qərar hökumətin iclasında təsdiq edilib.
Məlumata görə, bu, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün edilib.
Baş verən hadisələr fonunda sual yaranır ki, Ermənistan müharibəyəmi hazırlaşır?
Ermənistanın uzun müddətdir müharibəyə hazırlaşdığını deyən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz "Sherg.az"a vurğulayıb ki, onlar 44 günlük savaşda ayaqlar altına alınan qürurlarını və məhv olan hərbi potensialını bərpa etməyə çalışırlar:

"Ermənistan əvvəl Rusiya yönlü siyasət yürüdürdüsə, indi bunu Avropa Birliyi, ABŞ və İran ilə çeşidləndirib. Onlardan aldığı dəstək ilə də silah arsenalını yeniləyir və ehtiyatda olan hərbiçiləri çağırır. Həmçinin bu ay ərzində ABŞ ilə birlikdə hərbi təlim də keçirdəcəklər. Baş verənlər sülh istəyən bir dövlətin görəcəyi işlər deyil. Yəni Ermənistanın faktiki niyyəti yeni müharibəyə başlamaqdır".
Y.Karuzun sözlərinə görə, Azərbaycan tərəfi də Ermənistana eyni şəkildə cavab verməlidir:
"İlk növbədə Azərbaycan eyni səfərbərlik tədbiqatını həyata keçirməlidir. Həmçinin Türkiyə və Azərbaycan arasında (bura Pakistan da qatıla bilər) hərbi təlimlər həyata keçirilməlidir. Yəni Azərbaycan Silahlı Qüvvələrinin gücü qalib ordu kimi nümayiş etdirilməlidir. Digər tərəfdən 34 aydır davam edən atəşkəs və Ermənistanın təslim olma müqaviləsinin hələ də həyata keçirilməməsi konteksində Azərbaycan tərəfi onlara bir vaxt qoymalıdır. Buna cavab verilmədiyi təqdirdə isə Azərbaycan öz işini özü görəcək. Onsuz da bu qərarlılıq hər zaman göstərilir. Lakin bütün bölgəyə və dünyaya yenidən elan edilməlidir. Ümumiyyətlə Azərbaycanın Cənubi Qafqazdakı ən güclü dövlət olması hər kəs tərəfindən qəbul edilir. Ona görə də təkcə Ermənistan baxımından yox, dünyada gedən proseslər fonunda daha da güclü ordu və rezervlər saxlamalıdır. Hətta bu il zəfər paradı təşkil olunmalı və Azərbaycan ordusunun gücü dünyaya yenidən göstərilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat