Ətrafa zərər vurmaq normal insana xas hərəkətlər deyil
Yusif Nəzərli
04:43 07.06.2023
Gündəm
377
Bu hərəkətlərdə anormallıq aşkar görünür və əgər dəqiq araşdırılsa, o adamın psixoloji problemləri olduğu təsdiqlənəcək
Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib. DİN Mətbuat xidmətinin məlumatında bildirilir ki, naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
İnsanları anormal davranışlara, qeyri-adi hərəkətlərə sövq edən hansı səbəbdir? Bir var, müsbət, cəmiyyətə yararlı hər hansı addımla diqqət çəkəsən, bir də var ətrafdakıların narahatlığına, ictimai qınağa səbəb olan davranış sərgiləyəsən. Bu, bir insanın özünü hansısa formada təsdiqə can atması, lakin yanlış üsul seçməsi ola bilərmi?
Məlum hadisə ilə bağlı “Şərq”ə danışan psixoloq Fərqanə Mehmanqızı qeyd etdi ki, insanın özünü təsdiq etmək istəyi normal haldır. Lakin bu, özünütəsdiqin hansı formada edilməsinə bağlıdır:
"Səbəblər müxtəlif ola bilər. Özünü təsdiqə can atan insanlar bəzən doğru vasitələrə əl atmır, doğru vasitələri tapmır və ya buna onların düşüncəsi, intellektual səviyyəsi yetmir. Özünü təsdiqə can atanlar bəzən xroniki depressiyadan əziyyət çəkir. İnsanın özünü təsdiqə can atması nə qədər normaldırsa, bunun cəmiyyətə ziyan vuracaq tərzdə edilməsi, bir o qədər zərərlidir. Konkret haqqında danışılan hadisədə mən özünü təsdiqə can atmaq kimi bir həvəs görmürəm. Bu, özünü təsdiq deyil. Bu, ruhən özündə olmayan bir insanın davranışıdır və o şəxsin psixoloji problemləri olduğunu göstərir. Psixi durumu normal olan insan belə hərəkətlər etmir. Bu hərəkətlərdə anormallıq aşkar görünür və əgər dəqiq araşdırılsa, o adamın psixoloji problemləri olduğu təsdiqlənəcək. Polis bunu araşdırmalıdır ki, adam nədən əziyyət çəkir. Ya bu adam içki düşkünüdür, ya da psixotrop maddənin təsiri altında olub. Çünki normal insana xas hərəkətlər deyil bunlar".
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti sabitliyi daha da gücləndirir
16:17 17.09.2026
Prezident “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
15:49 17.09.2026
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou