Fenomenal taleyə sahib QADIN – ZƏRİFƏ ƏLİYEVA
Fidan Həmişəyeva
10:59 28.04.2021
Gündəm
681
“O, Azərbaycan qadınının ölkəmizdə və dünyada bariz bir simvoludur”
“Azərbaycan və dünya Oftalmologiya elminə öz möhrünü vurmuş bir akademikdir”
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Millət vəkili Jalə Əliyeva “Sherg.az”a açıqlamasında bildirib ki, bütün Azərbaycan xalqı Zərifə xanım Əliyeva kimi qadınlarımızla fəxr edir:
“Bu gün 20-ci əsr müasir Azərbaycan qadınının həm ölkəmizdə, həm də dünyada bariz bir simvolu olan Zərifə xanım Əliyevanın doğum günüdür. O, sadəcə doğulub-böyüdüyü ailənin deyil, bütün Azərbaycan xalqının və qadınlarının simvoluna çevrilməyi bacardı. Zərifə xanım istər atası Əziz Əliyev, istər həyat yoldaşı Heydər Əliyev, istərsə də boya-başa çatdırdığı oğlu İlham Əliyev kimi böyük şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin qızı, həyat yoldaşı və anası olmaqla fenomenal taleyə sahib bir qadındır. Belə bir ailədə qadın rolunu oynamaq heç də hər zaman asan olmur. Bu yolun çətinlikləri, keşməkeşləri Zərifə xanımın həyatından keçib. Ailənin formalaşmasında qadın obrazı olaraq Zərifə xanımın çox böyük rolu var”.
Xanım parlamentari qeyd edib ki, Zərifə Əliyeva eyni zamanda Azərbaycan və dünya Oftalmologiya elminə öz möhrünü vurmuş bir akademikdir:
“O zamanlar mövcüd olmayan göz xəstəliklərinin müalicəsinin tapılmasında, elmi funksiyaların verilməsində Zərifə xanımın rolu əvəzsizdir. Zərifə Əliyevanı ehtiramla anır, onun ruhu qarşısında baş əyirik. Arzu edirik ki, Zərifə xanım kimi qızlarımız və qadınlarımızın sayı çox olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə