Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Ortak Müdafiə Anlaşması ilə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Fidan anlaşmanın NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə texniki baxımdan eyni olduğunu bildirib.
Nazirin sözlərinə görə, anlaşmanın əsas məqsədi bölgə ölkələrinin təhlükəsizliyini birgə təmin etmək, müdafiə sənayesi, kəşfiyyat, logistika və hərbi əməkdaşlığı gücləndirməkdir.
Fidan bildirib ki, Misirin də gələcəkdə bu ittifaqa qoşulması mümkündür. O, İranın isə anlaşmanın hədəfi olmadığını vurğulayıb.
Nazir həmçinin Yaxın Şərqdə davam edən münaqişələrə toxunaraq, Hörmüz boğazının açılması və bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyini qeyd edib.
Fidan Qəzza, Rusiya-Ukrayna müharibəsi, Kipr, “Terrorsuz Türkiyə” prosesi və Qaradənizdə təhlükəsizlik məsələləri barədə də açıqlamalar verib.