Fransa geri addım atmağa məcbur olacaq -TƏHLİL
10:32 18.04.2024
Gündəm
445
Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib. Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.
Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və hər zaman öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bəyan edir.
Bəs görəsən, Fransanın Azərbaycandakı səfirinin geri çağırılmasında əsas məqsəd nə ola bilər? Rəsmi Paris Azərbaycanla əlaqəni tam kəsmək istəyir?
Fransanın Azərbaycandakı səfirinin məsləhətlər üçün çağırılmasının müəyyən narahatçılıqlara və anlaşılmazlıqlara səbəb olduğunu deyən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, bu hadisəni səfirin birdəfəlik geri çağırılması olduğunu düşünmür:
"Fransanı indiki məqamda regionla bağlı narahat edən 2 məsələ var. Birincisi, Azərbaycan- Fransa münasibətləri ikincisi, Azərbaycan- Ermənistan əlaqələri və bölgədəki sülh prossesidir. Məlum olduğu kimi, günümüzdə Azərbaycan- Fransa arasında siyasi-diplomatik münasibətlər pisdir. Onların isə Azərbaycanda iqtisadi maraqları mövcuddur. Xüsusi ilə '' Total Energies'' şirkətinin Azərbaycanda səhmləri var. Belə olduğu təqdirdə Paris siyasi münasibətlərdəki gərginliyin iqtisadi əlaqələrə təzahür etməməsi üçün müəyyən araşdırmalar aparır. Səfirdən bu barədə ətraflı məlumat almaq istəyə bilər. Buna görə də indiki məqamda bunu səfirin birdəfəlik geri çəkilməsi kimi anlamaq doğru olmaz. Fransa Azərbaycan və Ermənistan arasında sülh bağlanmasını istəmir. Ona görə ki, regiona müdaxilə imkanlarını Ermənistan üzərindən gercəkləşdirirlər. Hazırda Ermənistanın Azərbacanla sülh imzalamaqda qərarlı olması Fransanı narahat edir. Böyük ehtimalla Fransa prezidentinin məqsədi tərəflərin mövqelərini öyrənməkdir. Onlar üçün Azərbaycandan fəqli olaraq Ermənistandakı vəziyyəti öyrənmək asanddır. Bu səbəbdən səfirin birbaşa hesabatına ehtiyac yaranıb. Bir sözlə, Fransa diplomatik-siyasi müstəvidəki gərginliyi artıra bilməz. Çünki burada iqtisadi maraqlar təhlükəyə girir. Buna görə də Fransa geri addım atmağa məcbur olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət