"Google vergisi" işə düşüb
02:44 19.11.2024
Gündəm
565
Hökumətin, DVX-nin gec də olsa, belə bir elektron platforma yaratması təqdirəlayiqdir
Ölkəmizdə "Google vergisi" işə düşüb. Artıq "Apple" xidmətlərini alanda vergini vətəndaş deyil, elə "Apple" ödəyəcək.
Bu barədə “Sherg.az"a açıqlama verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz ötən ilin sonu verilən qərarı xatırladıb: “Ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətlər də vergiyə cəlb ediləcək. Qlobal şirkətlərin vergiyə cəlb edilməsi üçün Dövlət Vergi Xidməti cari ilin əvvəlində bir elektron platforma hazırlayıb və indi görünür ki, artıq bu platforma işləkdir. DVX elan edib ki, artıq “Apple Distribution International Limited” DVX-nin bu elektron platformasında qedyiyyatdan keçərək VÖEN alıb və vergi ödəyicisi olub. Bundan sonra "App Store", "iCloud", "Apple Music", "Apple TV" və s. bu tip xidmətləri alanlar yalnız xidmətin real dəyərini ödəyəcəklər. Vergisini isə "Apple" ödəyəcək.
Əlbəttə, qlobal şirkətlərin bu platformada qeydiyyatı könüllüdür. Amma hansı xarici şirkət qeydiyyatdan keçmirsə, itirən hökumət yox, biz oluruq.
Çünki qeydiyyatdan keçməyənlərin hansısa xidmətini, yaxud məhsulunu alanda onun üzərinə bu vergi də gəlir və biz həm xidmətin dəyərini və həm də vergisini də üzərinə gəlməklə ödəniş edirik. Hansı xarici şirkət bu platformada qeydiyyatdan keçibsə, biz artıq onun xidmətinin real dəyərini ödəyəcəyik və onun vergisini isə bu şirkətin özü ödəyəcək. Yeri gəlmişkən, məhz bu baxımdan bu tip vergilərdən yayınmaq üçün ölkəmizdə xarici bankların kartlarından da istifadə edilir.
Xatırladıram ki, qonşu ölkələrdə “Google vergisi” adlanan bu sistem xeyli öncədən aktivdir.
Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır. Hökumətin, DVX-nin gec də olsa, belə bir elektron platforma yaratması təqdirəlayiqdir. Düşünürəm ki, bu platformanı qlobal şirkətlər arasında təşviq etmək lazımdır. DVX bu istiqamətdə işləri gücləndirməlidir. Qlobal şirkətlərin ölkəmizdəki nümayəndələri, təmsilçiləri və tərəfdaşlarının isə bu platformanı həmin şirkətlərə təqdim etməsi faydalı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət