Qarabağ separatçıları sonlarının gəldiyini bildikləri üçün siyasi gediş etmək istəyirlər
Güdaza gedən sadə ermənilər olacaq
Yusif Nəzərli
08:30 19.07.2023
Gündəm
568
Separatçılar Azərbaycanın ciddi rejimli həbsxanalarında yaşayacaqlar
Qarabağ separatçıları sonlarının gəldiyini bildikləri üçün siyasi gediş etmək istəyirlər
Qarabağ separatçıları sonlarının gəldiyini bildikləri üçün siyasi gediş etmək istəyirlər
Separatçı-terrorçuların başçısı Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. O deyib ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməzsə, həm “Artsax”da (hazırda ermənilərin yaşadığı Azərbaycan ərazisini nəzərdə tutur), həm də ondan kənarda daha sərt tədbirlərə əl atılacaq. Görünür, çıxılmaz vəziyyətdə olan separatçılar bununla şantaj kartını işə salmağa çalışırlar. Çünki məsələ erməni əhalisinin bölgədə olub-olmaması yox, onların mövcudluğudur. Ya Ağdamdan daşımaları qəbul edib, Bakıya təslim olmalıdırlar, ya da erməni əhalisi tədricən onların nəzarətindən çıxmağa məcbur olacaq. Araikin çıxışı da erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və dəstəyini saxlamaq məqsədi daşıyır. Lakin onun "sərt tədbirlərə əl atacağıq" sözləri separatçıların təslim olmamaq üçün nələr edə biləcəyini də ön plana çıxarır. Araikin sözlərindən təxribat törədəcəkləri, eskalasiyaya gedəcəkləri aydın görünür.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ separatçıları ağıllarını tamam itirib. Ekspertin fikrincə, separatçılar sonlarının gəldiyini bildikləri üçün siyasi gediş etmək istəyirlər:
"Özlərinin sonunu Qarabağın sadə ermənilərinin taleyi ilə əlaqələndirməyə çalışırlar. Sadə Qarabağ ermənisi Azərbaycan vətəndaşlığını seçərsə, normal yaşamaq üçün bütün şəraitlə təmin edilər. Təhlükəsizlik şəraitində rahat yaşayarlar. Amma hazırda Qarabağdakı ermənilər Araik kimi separatçıların əsirinə, girovuna çevriliblər. Yalan məlumatlarla qorxudulur, təhdid olunurlar. Azərbaycan dövləti Qarabağdakı mülki erməni vətəndaşlara təhlükəsizlik təminatı sözünü verir. Hətta Azərbaycana qarşı müxtəlif cinayətlərdə iştirak edənlərə də amnistiya tətbiq edə biləcəyini deyir. Rəsmi Bakı öz böyüklüyünü və humanistliyini göstərir. İndi seçim onların özlərinə qalıb. Təbii ki, Azərbaycanın xoş niyyəti sonsuza qədər davam etməyəcək. Erməni separatçıları öz təxribatlarına davam edərsə, əmin olsunlar ki, onların "təhlükəsizlik təminatını" Azərbaycan özü həyata keçirəcək. Bunun üçün ölkəmizdə ciddi rejimli həbsxanalar var. Separatçılar həmin həbsxanalarda onillərlə təhlükəsiz şəraitdə rahat yaşaya biləcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat