Türkiyənin xarici işlər naziri Hakan Fidan TÜGVA-nın İstanbulda keçirdiyi “İxtisas Akademiyası 2026” layihəsinin təqdimatında çıxış edib. O bildirib ki, cəmiyyət üçün yalnız fəaliyyət deyil, eyni zamanda bilik, öyrənmə və təcrübə mübadiləsi də böyük əhəmiyyət daşıyır.
Sherg.az-ın məlumatına görə, nazir vurğulayıb ki, TÜGVA-nın bu istiqamətdə hazırladığı proqramlar gənclərin həm nəzəri bilik, həm də praktiki təcrübə qazanmasına imkan yaradır və bu yanaşma olduqca dəyərlidir. Fidan gənclərin erkən yaşlarda ictimai fəallıq göstərməsini, məsuliyyət hissi daşımasını və cəmiyyət üçün faydalı olmasını mühüm amil kimi qiymətləndirib.
Hakan Fidan proqramda iştirak edəcək gənclərə uğurlar arzulayıb, təlimlərdə iştirak edən mütəxəssislərə və müəllimlərə təşəkkürünü bildirib.