Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün münaqişə tərəflərinə təklif irəli sürüb və cavab gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə NTV-də xarici işlər naziri Hakan Fidan bildirib.

"Hər iki tərəfə təklif təqdim etmişik və cavab gözləyirik. Bizim ilk prioritetimiz Qara dəniz vasitəsilə taxıl ixracıdır", - deyə o bildirib .

Eyni zamanda, Fidan qeyd edib ki, hazırda davamlı nəticələrə nail olmaq çətin görünür.