HƏKİM: “Koronavirusa qarşı beynəlxalq səviyyədə tədbirlər görülür” – ÜST razıdır
Fidan Həmişəyeva
11:16 13.03.2020
Gündəm
724
Əli Nağıyev:“Dərslərin dayandırılması, kütləvi tədbirlərlə bağlı tövsiyələr həqiqətən də dövlətimizin koronovirusdan qorunma işinə ciddi yanaşdığını göstərir”
“Vacib olan məqamlardan biri də, qətiyyən xofa, qorxuya düşməməkdir”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri koronavirusla bağlı vəziyyətlə tanış olmaq üçün Azərbaycana səfər ediblər. Səfər zamanı ölkəmizdə koronavirusun yayılmasının qarşsının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq yüksək dəyərləndirilib.
Qeyd edək ki, bu günə qədər, Azərbaycan COVID-19-un az sayda idxalını təsdiqləyib. Ölkəmiz İranla bir sərhədi bölüşür, burada COVID-19 ilə bağlı bir çox iş təsdiqlənib. Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, vətəndaşlarının etibarlı qorunmasını bacarır.
Dövlətimizin gördüyü tədbirləri yüksək qiymətləndirdiyini deyən həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a bildirib ki, karantin qaydası, sərhədlərdə və ölkə daxilində müayinələr düzgün aparılır:
“Həkim olaraq müşahidə edəndə görürəm ki, görülən tədbirlər beynəlxalq səviyyədədir. Əsas odur ki, Azərbaycanda virusla bağlı təbliğatlar düzgün aparılır.
Dərslərin dayandırılması, kütləvi tədbirlərlə bağlı tövsiyələr həqiqətən də dövlətimizin koronovirusdan qorunma işinə ciddi yanaşdığını göstərir”
Həkimin, fikrincə, əhalinin şəxsi təşəbbüsü də önəmlidir:
“Şəxsi təşəbbüsümüz, insanların bu məsələyə ictimai yöndən münasibəti, hər kəsin evində virusa yoluxmamaq üçün mübarizəsi vacibdir. Çünki dövlət təkcə adminstrativ tədbirləri və ÜST tövsiyyələri ilə bu işin öhdəsindən 100 faiz gələ bilməz. Gərək vətəndaşlarımız da koronavirusdan qorunmaqda məsuliyyətli davransınlar. Kütləvi tədbirlərə qarşı münasibətdə, maska taxılmasında, şəxsi gigyenik qaydalara riayət etməkdə diqqətli olmalıyıq. Bir sözlə bütün tədbirləri nəzərdən keçirmək və bunu şəxsi həyatımızda tətbiq etməkliyik ki, xəstəlikdən qoruna bilək. Dövlətin apardığı xətti dəstəkləməli və koronavirusdan qorunmaq üçün işini asanlaşdırmalıyıq.
Vacib olan məqamlardan biri də, qətiyyən xofa, qorxuya düşməməkdir. Koronavirusun adı təbliğ olunduğu və məcburi qabardıldığı üçün ölüm halları ilə bağlı söhbət gedə bilər.
Amma dünyada təxminən 110 mindən çox yoluxma olsa da, xeyli insan sağalıb. 4 min adam dünyasını dəyişib, 3.5-4 faiz nisbəti yerində qalmaqdadır. Xoş məqamlardan biri də virusun Çində sönmək üzrə olmasıdır. Ona görə də dövlətin karantinlə bağlı işinə şəxsi müstəvidə dəstək olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya