Hər kəs bilsin! “...Məmur həbsi davam edəcək”
Fidan Həmişəyeva
15:21 26.04.2021
Gündəm
666
“Vətəndaşın düşüncəsi bağçadan, məktəbdən, universitetdən dəyişməlidir”
“Prezident dəfələrlə qeyd edib ki, çirkin əməllərdən əl çəkmək lazımdır və məmurlar vətəndaşlarla yaxın olmalı, bütün fəaliyyətləri onlara xidmət etməkdir”
“Əhalinin malına, puluna, kartına göz dikməkdən uzaq durmalıdırlar”
Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. A.Məmmədov bu gün DTX tərəfindən Bakıya gətirilib.
Məmurların vəzifələrindən sui-istifadə hallarının xalqımıza yaraşmadığını deyən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, cənab Prezident tərəfindən bütün istiqamətlərdə ciddi islahatlar aparılır:
“Hər birimiz bu islahatları dəstəkləyirik. Vətəndaş cəmiyyəti və qeyri hökumət təşkilatları (QHT) olaraq illərdir ki, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı və islahatlara əngəl olan digər mənfi hallarla mübarizə aparırıq. 20 ildən çoxdur ki, seminar və treninqlər keçiririk və qeyd edirik ki, düşüncəni dəyişmək lazımdır.
Düşüncə dəyişməsə, yenə də məmurların və vəzifəli şəxslərin həbsi olacaq. Ona görə də vətəndaşın düşüncəsi bağçadan, məktəbdən, universitetdən dəyişməlidir.
Hər kəs bilməlidir ki, dövlət məmuru xalqa və dövlətə xidmət etməlidir. Cənab Prezident dəfələrlə qeyd edib ki, çirkin əməllərdən əl çəkmək lazımdır və məmurlar vətəndaşlarla yaxın olmalı, bütün fəaliyyətləri onlara xidmət etməkdir. Əhalinin malına, puluna, kartına göz dikməkdən uzaq durmalıdırlar”.
R.Zeyni vurğulayıb ki, son zamanlar vəzifəyə yeni təyin edilmiş bəzi kadrlar doğrudan da effektiv işlər görürlər:
“Amma bəzi kadrlar da var ki, onlar üçün qaydalar dəyişməyib. Fikrimcə, bir az zaman lazımdır ki, köhnə düşüncələrdən azad olaq. Cəmiyyətdə yeni düşüncə hakim olmalıdır.
44 günlük şərəfli müharibədən sonra əldə etdiyimiz qələbəyə layiq olmalıyıq. Belə qələbə əldə edən millətin nümayəndələrinə yaraşmaz ki, korrupsiya və rüşvətxorluq üstündə həbs olunsunlar.
Ona görə də bütün gücümüzü səfərbər etməliyik. Dövlət, hökumət, vətəndaş cəmiyyəti QHT-lər müasir və təmiz kadrların vəzifəyə gəlməsi üçün çalışmalıdır.
Ölkə başçısı tərəfindən qarşımıza qoyulan məqsəd və vəzifələr ləyaqətlə yerinə yetirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə