Hikmət Babaoğlu: Azərbaycan Minsk qrupunun təzyiqinə izn verməyəcək
Hikmət Babaoğlu: Azərbaycan Minsk qrupunun təzyiqinə izn verməyəcək
Yusif Nəzərli
14:13 25.07.2023
Gündəm
254
Kollektiv Qərbin siyasi məntiqi və bundan doğan ikili standartlar siyasəti ənənəvi hal alıb. Yəni bəzi Qərb ölkələri beynəlxalq hüquq və universal dəyərləri siyasi riyakarlıq vasitəsinə çeviriblər.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, Azərbaycan belə siyasətdən uzun illər əziyyət çəkib: “Elə indiki mərhələdə də Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının səbəblərindən biri də müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən Ermənistana verilən gizli dəstək və vədlər olub. Hazırda isə bəzi Qərb ölkələri və Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalışırlar. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bütün bunlar isə Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir. Şübhəsiz ki, bu cəhdlər əbəsdir və elə cəhd olaraq da qalacaqdır. Çünki Azərbaycan bir daha yol verməz ki, onun suverenliyi yenidən 30 il beynəlxalq manipuliyatorların siyasi alver predmetinə çevrilsin”.
Parlamentin komitə sədrinin müavini qeyd edib ki, hazırkı mürəkkəb tarixi şəraitdə böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar: “Rusiya-Ukrayna müharibəsi kontekstində bu, daha aydın görünür. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır, Ukraynanı özünümüdafiəsi üçün lazım olan qədər silah-sursatla təmin etmir, başqa bir tərəfdən öz strateji maraqları naminə Rusiya ilə razılaşmaq üçün gizli danışıqlar üçün fürsət axtarır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında ən fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan – Azərbaycan məsələsində yenidən bir araya gələrək əməkdaşlıq etməyə hazır görünür. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izn verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq