Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar
16:34 27.03.2020
Gündəm
558
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirib.
Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib: “Ilk növbədə onu qeyd etməliyik ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində siyasi partiyalara dialoq təklif edib. Dövlət başçısı Novruz bayramı münasibətilə siyasi partiya rəhbərlərini təbrik edib.
Yeni tərkibdə formalaşmış Milli Məclisdə sədr müavini daxil olmaqla, səkkiz komitənin rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olunublar. Bütün bunlar onu göstərir ki, ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.
Amma sual olunur ki, niyə AŞPA məruzəçiləri və digərləri bunu görmək istəmirlər? Çünki bu şəxslər manipulyasiya və saxtakarlıqla məşğuldurlar. Onların ölkəmizə qarşı münasibəti həmişə qərəzli olub.
AŞPA-nın məruzəçiləri olan S.Evarsdottir, Roger Gale və Stefan Şennak saxtakarlıqla məşğuldurlarsa, onda onlarla gələcək əməkdaşlıq sual altındadır.
Qlobal pandemiya şəraitində Azərbaycan hökumətinin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrini nəzərə alaraq, atdığı önləyici və səmərəli addımlar, görünür ki, AŞPA-da özünü “məruzəçi” kimi təqdim edən bəzi şəxsləri ciddi şəkildə narahat edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region