Hikmət Hacıyev: “Azərbaycan bölgədə yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır”
Yusif Nəzərli
16:15 17.12.2021
Gündəm
470
Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıldığını və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edib.
O, Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb.
Hikmət Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.
Hikmət Hacıyev Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.
Hal-hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib.
Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb. Hikmət Hacıyev yeni il münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol