Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi sosial media hesabında diplomatik korpusun üzvləri ilə Qarabağa səfəri barədə paylaşım edib.
Sherg.az xəbər verir ki, paylaşımda deyilir:
"Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Biz keçmişin müəyyən xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin hörmətlə yad etdik".