Hikmət Hacıyev: Ermənistan keçmişdə törətdiyi vəhşiliklərə görə üzr istəsə, sülh mümkün olacaq
14:26 06.09.2023
Gündəm
394
“Ermənistan keçmişdə törətdiyi vəhşiliklərə görə üzr istəsə, Azərbaycanla sülh mümkün olacaq”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazın mənzərəsini dəyişəcək, lakin indi sıra Ermənistandadır.
O bildirib ki, Azərbaycanın Ermənistanı Qarabağda yaşayan 120 min etnik erməni ilə birləşdirən yeganə yolu bağlaması, ərzaq, dərman və digər zəruri əşyaların çatdırılmasının qarşısını alması ilə bağlı fikirlər qarşı əsaslandırılmamış və sübutsuz iddialardır: “Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması və blokadaya alınması yoxdur. Azərbaycan bir neçə yol təklif edir və əsas yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu, daha səmərəlidir və Qarabağ regionu ilə əlaqə yaratmaq üçün daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Laçın-Xankəndi yolu işlək vəziyyətdədir: “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Komitəsinin konvoyları bu yolla hərəkət edir, lakin biz Ağdam-Xankəndi yolunun açılmasını təklif edirik. Bu yolun açılması inteqrasiyanı təmin edəcək və beləliklə də Azərbaycanın Xankəndinə birbaşa çıxışı, Qarabağ erməniləri ilə birbaşa əlaqəsi olacaq. Qarabağdakı ermənilər də öz növbəsində Azərbaycanın digər bölgələrinə getmək üçün ölkəmizin əsas yol sistemindən istifadə etmək imkanı əldə edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi