Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”
19:32 08.09.2023
Gündəm
425
“Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.
H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.
“Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat