Hörmüzdə böhran: İran gəmilərin keçidi üçün xüsusi qaydalar tətbiq etdi

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəsi olmayan gəmilərin keçidi üçün tədbirlər görüb.

Sherg.az xəbər verir ki, o, vəziyyətin ABŞ və İsrailin İrana qarşı hücumlarının nəticəsi olduğunu vurğulayıb və təhlükəsiz gəmiçilik üçün lazımi koordinasiyanın təmin ediləcəyini deyib.

Bölgədəki gərginlik səbəbindən Hörmüz boğazında hərəkət məhdudlaşıb və bu, neft-qaz ixracına da təsir göstərib.