
İcazə verilmədi, şagird ehtiyacını sinifdə ödədi!- Təhsili zay, müəllimi zay...
Yusif Nəzərli
12:52 16.12.2021
Gündəm
943
Elşən Ramizoğlu: “Müəllim ən azından şagirdin vəziyyətini nəzərə alaraq qadağa qoymalı deyildi”
“Nəticədə də belə situasiya yaranmazdı”
“Şagirdlər də uşaq olduğu üçün bəzi məqamları başa düşmürlər. Ona görə sinif yoldaşları lağ edə bilər. Bu da şagirdə təsirsiz ötüşməz”
Azyaşlı təbii ehtiyacını sinifdə ödəyib. Azərbaycanda məktəblərin birində müəllim uşağa təbii ehtiyacını ödəmək üçün sinifdən çıxmağa icazə verməyib. Kürdəmir rayonundan olduğunu bildirən müəllim bu barədə sosial şəbəkələrdə paylaşım edib. Ramin Vəliyev adlı şəxs qeyd edib ki, uşaq dərs zamanı ikinci dəfə icazə istəyib:
“Ona icazə vermədim. Şagird təbii ehtiyacını sinifdə ödəyib. Oturacaq batmasın deyə dərs bitənə kimi onu ayaq üstə saxladım”.
Müəllim onu da əlavə edib ki, şagirdin valideynini bu haqda məlumatlandırmayıb:
“Uşaq evdə hadisəni anasına danışıb”.
Valideyn məktəbdən və müəllimdən şikayətçi olacağını bildirib.

Hadisə ilə bağlı “Sherg.az” danışan təhsil üzrə ekspert Elşən Ramizoğlu vurğulayıb ki, belə məsələlərdə müəllim vəzifə borcunu yerinə yetirərəkən bəzi məqamları nəzərə almalıdır:
“Bəzən elə olur ki oğlan uşaqları təkrar icazələr istəyir. Müəllim uşağın yenidən otağa gəlmədiyinin fərqinə varır. Təbii olaraq müəllim dərsin gedişatına məsuliyyət daşıyır. Qız uşaqları isə qarşı cinsdən fərqli olaraq daha az hallarda icazə istəyir. Həmin şagirdə yasaq qoyulmamalıdır. Təbii ki, hadisə ilə bağlı müəllimə heç bir halda bəraət qazandırmaq olmaz. Çünki ən azından şagirdin vəziyyətini nəzərə alaraq qadağa qoymalı deyildi. Nəticədə də belə situasiya yaranmazdı. Şagirdlər də uşaq olduğu üçün bəzi məqamları başa düşmürlər. Ona görə sinif yoldaşları lağ edə bilər. Bu da şagirdə təsirsiz ötüşməz”.
Ekspert diqqətə çatdırıb ki, 45 dəqiqədən bir 5-10 dəqiqə kiçik və böyük tənəffüs olur:
“Fasilə həm şagirdlərin dincəlməsi, həm də təbii ehtiyaclarını ödəmək üçün yaradılıb. Eyni zamanda bu müddət ərzində məktəbin iaşə xidmətindən istifadə edə bilərlər. Hər halda bütün hallar aşkar edilməlidir. Valideynin şikayət etməyə haqqı var. Lakin ilk növbədə tövsiyə edərdim ki, həmin sinif müəllimi ilə danışıb, səbəblər araşdırılsın. Orta təhsil müəssisələrində ali idarəetmə orqanı pedaqoji şuradır. Pedaqoji şurada bu kimi məsələlərin həllinə vaxt ayrılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat