İcra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim”
09:26 22.02.2020
Gündəm
732
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda “təhsil biznesi şəbəkəsi” qurubmuş.
Bu barədə Oxu.Az DTX-nin yaydığı əməliyyat çəkilişlərinə istinadən xəbər verir.
Belə ki, sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələr üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə qeyd edir ki, müəllimlərdən yığılan 30 min manatı şəxsən İsmayıl Vəliyevə təqdim edib.
O bildirib ki, hər ayın sonunda da 2000 manat rüşvət verib.
“Mən bu pulu əldə etmək üçün məcbur qalıb, hər ay məktəb direktorlarından 50-150 manat arası pul almışam”, - deyə Əjdər Kərimov bildirir.
Ümumiyyətlə, bundan əvvəl də mətbuatda yazılırdı ki, Neftçalanın təhsili bərbad səviyyədədir.
İnternet materillarında qeyd edilirdi ki, Əjdər Kərimovla Gültəkin Sadıqova rüşvət əməliyyatlarına birlikdə rəhbərlik ediblər.
Məktəb direktorlarının təyin edilməsi, dərs saatlarının bölüşdürülməsinin onların müştərək diktəsinin “bəhrəsi” olduğu bildirilirdi.
Gültəkin Sadıqovanın məktəblərin təmirinə ayrılan pulu da mənimsədiyi haqqında çoxsaylı iddialar mövcuddur.
Onun bu vəzifədə işlədiyi müddətdə Bakı şəhərində iki bina evi, Neftçalada böyük bağ evi, əkin sahələri və sair mülklərə sahib olduğu da yazılırdı.
Gültəkin Sadıqovanın uşaq bağçalarına ayrılan vəsaiti də mənimsədiyi, bunun nəticəsində uşaq bağçalarında bərbad vəziyyətin hökm sürdüyü də iddia olunurdu.
Müavin Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 61 saylı Neftçala Seçki Dairəsindən namizəd idi.
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.
Prezident İlham Əliyevin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya