İƏT və MDİHK -nın İSTANBUL SEMİNARI...- FOTOLAR
Fevral ayının 16-17- si Türkiyənin İstanbul şəhərində Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyi, Ədalət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Müstəqil Daimi İnsan Haqları Komissiyasının (MDİHK) birgə düzənlədiyi “Müsəlmanların üzləşdikləri insan haqları pozuntuları” adli seminar keçirilmişdir. Seminarda dünyanın fərqli coğrafiyalarından bir şox ölkənin nümayəndəsi iştirak edirdi.
Proqramın birinci günü Türkiyə Böyük Millət Məclisini sədri Mustafa Şəntop və Türkiyə Cmhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vidyo mesaj vasitəsilə iştirakçıları salamladılar, seminarın günümüz üçün böyük önəm daşıdığını vurğulayaraq hər kəsə uğurlar dilədilər. Ədalər nazirinin müavini Yakup Moğul seminarın açılışında çıxış etdi, nazir Bəkir Bozdağın salamlarını çatdıraraq, bu gün üçün çox önəmli olan insan haqları məsələsi ilə bağlı belə bir seminara ev sahibliyi etdikləri üçün məmnun olduqlarını ifadə etdi.
İslam Əməkdaşlıq Təşkilatının sədri dr. Hacı Ali Akgül də dünyada müsəlmanlara qarşı edilən haqsızlıqlar haqqında ümumi danışdı, bir cümləsində Azərbaycan və Ermənistan arasında illərlə davam edən savaşın olduğunu da vurğuladı. Daha sonra (İƏT) və Müstəqil Daimi İnsan Haqları Komissiyası ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumu arasında “Əməkdaşlıq protokolu” imzalandı. Seminarda həmçinin Müstəqil Daimi İnsan Haqları Komissiyasının Azərbaycan təmsilçisi, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söz alaraq ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımından danışdı və BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamənin icrasına bu illər ərzində Ermənistanın əməl etmədiyini iştirakçıların diqqətinə çatdırdı.
Qeyd edim ki, iki gün davam edən seminarda ələ alınan əsas mövzular öncəliklə Fələstin, daha sonra Myanmar (Arakan) və Keşmirdə insan hüquqları pozuntuları, müsəlmanlara qarşı edilən ədalətsizliklər və ümumiyyətlə bütün bu hüquq pozuntularına qarşı hansı tədbirlər görülməli və nələr etməli, bunlardan ibarət idi. Nəticə etibaarı ilə ortaq fikir “bir olmalı, hüquqlarımız üçün birlikdə hərəkət etməli və yaşadığımız ölkələrdə siyasi səviyyədə təmsil olunmalıyıq” tezi oldu. Çox təəssüf edirəm ki, bu iki gün davam edən seminarda çixiş edən müsəlmanların heç biri Azərbaycanda ermənilərin törətdiyi və 8 gün sonra 30 cu ili tamam olacaq Xocalı soyqırımını xatırlamadı və 2020 ci ildə Azərbaycanda 44 gün sürən Vətən mühribəsindən bəhs etmədi. Azərbaycan müsəlman türkü olaraq mən bununla bağlı iradlarımı İslam Əməkdşlıq Təşkilatı və Müstəqil Daimi İnsan Haqları Komissiyasının sədri dr. Hacı Ali Açıkgül və digər yetkili təmsilçilərinə bildirdim, qəribədir, mən irad bildirdiyimdə mənimlə razılaşdlar ama mövzunu gündəmdən uzaq tutdular. Düşündüm ki, bizmi Xocalı Soyqırımını dünyaya (özəlliklə müsəlman dünyasına) yeterincə çatdıra bilməmişik, yoxsa onlar bizi önəmsəmirlər?
Yaqut Misirxanlı
İstanbul