İlin sonuna qədər sülh müqaviləsinin imzalanacağı iddiası inandırıcı deyil
Yusif Nəzərli
02:35 22.09.2023
Gündəm
401
Paşinyanın fikirləri aldadıcı xarakter daşıyır
"Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar səsləndirib və ertəsi gün tam fərqli mövqe nümayiş etdirib".
Bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat vurğulayıb ki, əfsuslar ki, Paşinyan qeyri-stabil, səsləndirdiyi fikirlərin məsuliyyətini dərk etməyən siyasətçi kimi tanınır:
"Bəyanat vermək yox, konkret sülh müqaviləsini imzalamaq lazımdır. Ancaq Ermənistanın son zamanlardakı davranışları onu göstərdi ki, bu ölkə barışığa deyil, daha çox konfrantasiyaya köklənir. Paşinyanın sülhlə bağlı fikirləri aldadıcı xarakter daşıyır. Məqsəd Azərbaycanı "aqressiv", "müharibə tərəfdarı", Ermənistanı isə "sülhpərvər" obrazında təqdim etməkdir. Sülh istəyən dövlət, sərhədə qoşunları yığmazdı, yenidən silahlanmazdı, şərti sərhədlərdə təxribata əl atmazdı. Həmçinin əsassız olaraq Azərbaycanı "soyqırıma, etnik təmizləməyə və humanitar böhrana" görə suçlamazdı. O baxımdan çox təəssüf ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı iddiası inandırıcı deyil".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə dəfə deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər. Baş nazirin sözlərinə görə, İrəvan bunun üçün bütün lazımi addımları atır: "Çünki belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonunadək imzalanmasını mümkün sayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət