İnsanlar can hayında, maska möhtəkirləri pul axtarır – Cəza ağır olacaq
Banuçiçək Kalbalıyeva
10:25 12.03.2020
Gündəm
896
“İndiki halda cinayətkarlara daha ağır cəza verilməlidir. Çünki onlar cəmiyyətin çətin vəziyyətindən sui-istifadə edirlər”
Bakıda qanunsuz tibbi maska satan şəxs saxlanılıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. “Sədərək” ticarət mərkəzindən aldığı tibbi maskaları satmağa çalışan 30 yaşlı şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Məlum olub ki, o, Bakı sakini, 1990-cı il təvəllüdlü Z.Yarməmmədovdur. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Nəticədə, avtomobildən 1000 (min) ədəd tibbi maska aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Görünür, insanların ölümlə sınağa çəkilməsi bəzi işbazları maraqlandırmır. Onları düşündürən ancaq fövqəladə vəziyyətlərdən sui-istifadə edərək ciblərini doldurmaqdır.
Vəziyyəti dəyərləndirən keçmiş polis rəisi Mahmud Hacıyev “Sherg.az”a söyləyib ki, belə şəxslər cinayət məcəlləsi ilə məsuliyyətə cəlb olunur:
“Əlbəttə, onlar cinayət törədirlər. Tibbi maska möhtəkirliyi ilə məşğul olanlar məqsəddən asılı olmayaraq inzibati-xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyətə cəlb olunurlar. Onlar törətdikləri əmələ uyğun ittiham olunurlar”.
M.Hacıyev bildirib ki, indiki vəziyyətdə cəza daha ağır ola bilər:
“Situasiyanın necəliyi istintaq prosesinə təsir göstərmir. Ancaq bu, məhkəmə prosesi zamanı nəzərə alınır. Azərbaycan qanunverciliyində hansısa əmələ görə konkret müddət yoxdur. Tutalım, hansısa “x” əmələ görə cinayətkara 5 ildən 7 ilədək iş verilə bilər. Bu, humanist yanaşmadır. Müddətin nə qədər olmasını situasiya müəyyənləşdirir. Əlbəttə, indiki halda cinayətkarlara daha ağır cəza verilməlidir. Çünki onlar cəmiyyətin çətin vəziyyətindən sui-istifadə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm