İran ABŞ-dən danışıqlar təklifi aldı

İran ABŞ-dən danışıqlar təklifi alıb.

Teleqraf xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.

O, Vaşinqtonla hər hansı birbaşa təmasın olmadığını vurğulayıb: "ABŞ-nin müəyyən təkliflər paketindən ibarət danışıqlar müraciəti İrana Pakistan və digər vasitəçilər tərəfindən çatdırılıb".

XİN rəsmisi hazırda tərəflər arasında heç bir aktiv danışıqlar prosesinin getmədiyini, sadəcə vasitəçilər üzərindən müraciətin daxil olduğunu qeyd edib.