İran ABŞ-yə kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının " Əl-Ərəbiyyə" televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Kanalın mənbələri iddia edir ki, İran ABŞ-dən kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib. İran təklifi Pakistan vasitəsilə ABŞ-yə çatdırıb. İran hakimiyyəti həmçinin hər hansı bir razılaşmanı imzalamadan əvvəl sanksiyalar və dondurulmuş aktivlər sənədini də müzakirə etməyi təklif edib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei daha əvvəl ABŞ ilə danışıqların hazırkı mərhələsində nüvə məsələsi və sanksiyaların ləğvinin müzakirə olunmayacağını bildirmişdi.