İran ABŞ-la danışıqları dəniz blokadasının ləğvi şərti ilə mümkün sayıb

İran ABŞ tərəfindən İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasının aradan qaldırılması halında Pakistanın İslamabad şəhərində Vaşinqtonla danışıqların bərpasını mümkün hesab edir.

Sherg.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib.

“ABŞ-ın dəniz blokadası atəşkəs rejiminin pozulmasıdır və biz onlara bildirmişik ki, bu blokada dayandırılmalıdır. Əgər blokada aradan qaldırılsa, düşünürəm ki, növbəti danışıqlar raundu İslamabadda keçirilə bilər”, - deyə onun sözlərini SNN telekanalı sitat gətirib.