İran Xarici İşlər Nazirliyi ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü 15 maddəlik planı qeyri-real hesab edir.
Sherg.az xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlayıb.
Onun sözlərinə görə, təqdim olunan təkliflər məntiqsizdir və həddindən artıq tələblər ehtiva edir. Bəqayi həmçinin bildirib ki, Vaşinqtonun diplomatiyasına etimad zəifdir və Tehran ABŞ-nin danışıqlarda səmimi olduğuna inanmır.
İran tərəfi iddia edir ki, ABŞ 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında danışıqlar davam edərkən ölkəyə hücum edib. Bu səbəbdən Tehran hazırda əsas diqqəti özünümüdafiəyə yönəldir və ABŞ-ın açıqlamalarını qeyri-səmimi sayır.